İstifadəsinə göstərişlər:
Səthi venaların tromboflebiti, səthi periflebit; dərialtı hematoma; inyeksiyadan sonrakı və infuziyadan sonrakı flebit; səthi mastit; lokalizə olunmuş infiltratlar və ödemlər, travmalar və əziklər; xarici babasil, doğuşdansonrakı babasil düyünlərin iltihabı; limfödema, limfangit.
Əks göstərişləri
preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; zədələnmiş nahiyənin dəri səthlərinin tamlığının pozulması;
1 yaşdan kiçik uşaqlar.
Xarici babasil düyünlərinin trombozu zamanı rektal tamponlar tətbiq edilir, məlhəm bez və ya kətan parçaya çəkilir və bilavasitə tromblanmiş düyünlərin üzərinə qoyulur və fiksə edilir.
İstifadə qaydası və dozası:
Xaricə istifadə edilir.
Məlhəm nazik layla zədələnmiş nahiyəyə çəkilir və dəriyə ehtiyatla sürtülür, Məlhəm iltihab əlamətləri aradan qalxanadək, orta hesabla 3-7 gün ərzində hər gün gündə 2-3 dəfə istifadə edilir
Rəylər (0)