Hemorroy, düz bağırsağın eroziya və çatları, anal qaşınma, hamiləlik və doğuşdan sonra yaranan hemorroy və düz bağırsaq zədələnmələri, proktoloji manipulyasiyalardan sonra yerli vasitə kimi.
İstifadə qaydası:
Preparatı gigiyenik proseduralardan sonra istifad etmək lazımdır. Hemorekta kremini xaricə və rektal istifadə etmək olar. Xaricə istifadə zamanıkrem gündə 2 dəfə anal dəlik ətrafı təmizləndikdən sonra nazik qatla çəkilir. Kremin rektal istifadəsi zamanı qoruyucu ucluq aplikatordan çıxarılır, tubikin qapağı aplikatorla əvəzləndirilir və aplikator az miqdarda kremlə nəmləndirilir, sonra ehtiyyatla düz bağırsağa yeridilir. Krem aplikator vasitəsilə 1 dəfə gecələr, kəskin hallarda isə gündə 2 dəfə defekasiya aktından sonra olunur. Hər dəfə istifadə etdikdən sonra aplikatir təmiz yuyulur və qoruyucu ucluq taxılır.
1 q kremin tərkibində daxildir- at şabalıdının maye ekstraktı-0,6 qr, meşə fındığının maye maye ekstraktı-0,6 qr, tannin-0,1 qr, dazıotu bitkisinin yağı-0,6 qr, propolis ekstraktı-0,6 qr, vismut subqallat-0,6 qr, sinkoksidi-0,6, mentol-0,04 qr.
Rəylər (0)