İstifadəsinə göstərişlər
Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər
Nematodozlar
-Askaridoz
-Enterobioz
-Ankilostomoz
-Nekatoroz
-Trixinellyoz
-Strongiloidoz
-Trixostrongilyoz
-Kapillyarioz
-Toksokaroz
Əks göstərişlər
Əgər sizdə albendazola və ya mebendazol kimi buna bənzər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa.
İstifadə qaydası və dozası
HELMİZOL yalnız peroral istifadə üçündür.
Tabletləri tox qarına, ən azı bir stəkan (təxminən 120 ml) su ilə birlikdə qəbul edin. Bəzi şəxslər, xüsusəndə uşaqlar, tableti bütövlükdə udmaqla çətinlik çəkə bilərlər. Bu halda, tabletləri əzdikdən və ya çeynədikdən sonra udmaq lazımdır.
Tabletləri hər zaman həkiminizin tövsiyə etddiyi qaydada və həkiminizin tövsiyə etdiyi müddət bitənədək qəbul edin.
Müalicə müddəti bitmədən xəstəliyinizin simptomları keçib gedə bilər, bu halda müalicəni dayandırmayın.
Ümumi dozalama rejimi aşağıdakı kimidir:
Exinokokk sisti xəstəliyi
. Bədən çəkisi 60 kq və daha artıq olan şəxslərdə 400 mq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalama sxemi intervallarla 3 dəfə təkrar edilir.
. Bədən çəkisi 60 kq-dan az olan şəxslərdə 15mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir.
Digər helmint infeksiyaları zamanı:
Böyüklər üçün dozalama sxemi
Askardioz, Enterobioz (Oksiuroz), Ankilostomoz (N. Americanus, A. Duodenale), Trixosefalyoz, Trixostrongiloidoz:
. 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza olaraq 1 dəfə qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.
Tenioz (T. sainata, T. solium) və Strongiloidoz:
. 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 1 dəfə ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.
Kapillyarioz:
. 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə bir və ya iki dəfə 7 gün və 10 mq/kq albendazol gündə iki dəfə 7 gün qəbul edilir.
Lyamblioz:
400 mq albendazol (1 HELMIZOL 400 mq örtüklü tablet) gündə bir dəfə 3 gün qəbul edilir.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
6 yaşdan kiçik uşaqlarda istifadəsinə dair məlumatlar məhduddur.
Neyrosistoserkoz və exinokokk sisti xəstəliklərində böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.
Askaridozun, Enterobiozun (Oksiurozun), Ankilostomozun (N. americanus, A. duodenale) Trixosefalyozun müalicəsində:
. 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.
. 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.
Teniozun və Strongiloidozun müalicəsində:
. 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.
. 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.
Kapillyariozun müalicəsində:
. 200 mq (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 2 dəfə qəbul edilir.
Trixostrongiloidozun müalicəsində:
. 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir.
Yaşlılarda istifadəsi
Böyüklər üçün nəzərdə tutulmuş eyni dozalar qəbul edilə bilər.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, HELMIZOL-un tərkibindəki maddələrə qarşı həssalığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər.
Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, HELMIZOL-dan istifadə etməyi dayandırın. və DƏRHAL həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin
-Övrə (ümumi qaşınma ilə müşayiət edilən dəri xəstəliyi).
-Tənəffüsün çətinləşməsi.
-Üzün, dodaqların, dilin və boğazın şişməsi.
Bütün bunlar çox ciddi əlavə təsirlərdir. Əgər sizdə bu əlavə təsirlərdən hər hansı biri vardırsa, bu sizdə HELIMIZOL-a qarşı allergiyanın olduğunu xəbər verir. Təcili tibbi müdaxilə və ya xəstəxanaya yerləşdirilməyiniz tələb oluna bilər. Yuxarıda sadalanan çox ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir.
Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin
-Asanlıqla qanaxmaların və qançırların baş verməsi, adət edilməmiş zəiflik.
-Qızdırma, boğaz ağrısı, güclü baş ağrısı, dəridə qabıqlanma və qırmızı səpgilər.
-Titrəmə ilə birlikdə qızdırma, bədəndə ağrılar və qripin simptomları.
Bütün bunlar ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə tələb oluna bilər. Bu ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir.
Aşağıdakı əlavə təsirlərdən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, həkiminizi bu barədə məlumatlandırın
-Mədə ağrısı.
-Ürək bulanma, qusma.
-Baş ağrısı, baş gicəllənmə.
-Müvəkqəti saç tökülməsi.
Bunlar HELMIZOL-unyüngül əlavə təsirləridir. Bu əlavə təsirlərin rast gelmə tezliyi məlum deyil və mövcud məlumatlar əsasında dəyərləndirilməsi mümkün deyildir.
Bu İstifadə Təlimatında qeyd edilməmiş hər hansı əlavə təsiri müşahidə etdiyiniz halda, bu barədə həkiminizi və ya əczaçınızı məlumatlandırın.
Doza həddinin aşılması
Əgər siz lazım olduğundan artıq dozada Helmizol qəbul etmisinizsə, həkim və ya əczaçı ilə əlaqə saxlayın.
Dəstəkləyici və ya simptomatik müalicə istifadə oluna bilər.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply