İstifadəsinə göstərişlər:
Hediks şərbət - bitki mənşəli preparatdır, tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi üçün və bronxların xronik iltihabı xəstəliklərin simptomatik müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər:
- Sarmaşıq yarpaqlarına və Hedeliks şərbət preparatının digər komponentlərinə qarşı yüksək həssaslıq.
- Argininsuksinatsintetaza fermentinin çatışmazlığı.
İstifadə qaydası və dozası:
Hedeliks şərbətini həmişə bu təlimata tam uyğun olaraq qəbul etmək lazımdır. Əgər sizdə hər hansı şübhə yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması:
Əgər Siz səhvən lazım olduğundan bir və ya iki doza artıq qəbul etmisinizsə, bu, adətən heç bir arzuolunmaz təsirə səbəb olmayacaq. Bir qədər çox dozanın qəbulu zamanı ürəkbulanma, qusma və ishal baş verə bilər. Bu halda həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri:
Çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda rast gələ bilər
Tez-tez: 10 pasiyentdən 1-dən azında, lakin, 100 pasiyentdən 1-dən çoxunda
Bəzən: 100 pasiyentdən 1-dən azında, lakin 10000 pasiyentdən 1-dən çoxunda.
Rəylər (0)