İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- müxtəlif mənşəli qaraciyər xəstəliklərinin müalicəsi: kəskin və xroniki hepatit, toksiki hepatit, qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası, qaraciyərdaxili xolestaz;
- sisplatin və ya oxşarı ilə kimyəvi terapiya nəticəsində yarana bilən nevropatiya profilaktikası;
- ağır metallarla, narkotiklərlə, alkoqolla və digər maddələrlə zədələnmələr;
- xərçəng və digər şiş xəstəliklərinin müalicə və profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentinə qarşı yüksək həssaslıq.
Uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq edilməmişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Gün ərzində əzələdaxili və ya venadaxili inyeksiya və ya venadaxili infuziya üçün 1-2 flakon. Doza xəstənin yaşından, çəkisindən və klinik vəziyyətindən asılıdır. Əzələdaxili və ya venadaxili inyeksiya üçün flakonda olan preparat qablaşdırılmaya qoyulmuş ampulda olan həlledicidə həll edilməlidir. Venadaxili infuziya üçün bu məhlul ən azı 20 ml inyeksiya üçün suda həll edilməlidir.
ƏLAVƏ TƏSİRLƏRİ:
- mədə-bağırsaq sistemi:
- immun sitemi;
- sinir sistemi;
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Əzələdaxili istifadə zamanı, preparatı həlledicinin ampulunda tam həll etmək və dərhal istifadə etmək lazımdır. Məhlul aydın, şəffaf olmalı, içərisində görünən çöküntü olmamalıdır və birdəfəlik, fasiləsiz yeridilmə üçün istifadə olunur. Qalıq qalarsa, atılmalıdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması qeyd alınmamışdır.
Rəylər (0)