İstifadəsinə göstərişlər:
Preparat şəkərli diabet müalicəsində, yalnız pəhriz, çəkinin azalması və fiziki hərəkətlərin effektiv olduğu zaman istifadə olunur.
Diabetin müalicəsi üçün həkiminiz tərəfindən tövsiyə edilən pəhrizə ciddi riayət edilməlidir. Qlimepirid Denk 3 qəbul edərkən, pasiyentlər pəhriz təlimatlarına əməl etməlidirlər, çünki dərman pəhrizi əvəz etmir.
Əks göstərişlər:
-Qlimepiridə və ya preparatın hər hansı köməkçi maddəsinə, sulfonil-sidik cövhərinin digər törəmələrinə və ya sulfanilamid preparatlarına qarşı hiperhəssaslıq;
-insulindən asılı diabet;
-çox yüksək qan şəkərinin səbəb olduğu bayılma və ya huşun itirmə hallarında;
-diabetik metabolik dekompensasiya;
-ağır böyrək və ya qaraciyər çatışmazlığı;
Qlimepirid Denk 3 preparatının ağır böyrək çatışmazlığı olan pasiyentlərdə və ya ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə təcrübəsi kifayət qədər deyil. Bu səbəbdən, bu cür pasiyentlərə insulin ilə müalicə təyin olunur.
İstifadə qaydası və dozası:
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin.
Rəylər (0)