Gicitkən yarpağı qanın laxtalanmasını, qranulyasıyasiya və epitelizasiyasını sürətləndirir,eritropoezi tonusunu artırır, uşaqlığın saya əzələlərinin tonusunu artırır,iltihab əleyhinə təsir göstərir. İstifadəsinə gösdəriş:
Daxilə-mədə-bağırsağa,ağciyər, böyrək, xüsusilə uşaqlıq qanağmalarında, mədə və 12-barmaq bağırsağına xora xəstəliyində, babasildə, polimenoreyalarda, sızanaqlarda qəbul edilir.Xaricə-yanıqlar, trofik xoralar,kataral angina,gingivit, stomatitlər zamanı,eləcə də, kəpək və saç tökülməsi əleyhinə vasitə tətbiq edilir. İstifadə qaydası:
1 xörək qaşığı xammalın üzərinə 100 ml (1\2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür. Daxilə gündə 3-5 dəfə, hər dəfə 1 xörək qaşığı 0.5 litr suya nisbətində hazırlanır və yuyulduqdan sonra saçlar yağlanır.
Rəylər (0)