İstifadəsinə göstərişlər:
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələrdə kəskin respirator virus infeksiyaları və qripin müalicə-profilaktikası zamanı.
Əks göstərişlər:
İnterferon alfa-2b və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
14 yaşdan kiçik uşaqlarda istifadəsi.
İstifadə qaydası və dozası:
Preparat aerozol şəklində, intranazal 1 doza istifadə olunur.
1 doza = püskürdücünün üzərində bir dəfə qısaca sixmaqla qəbul olunur.
Xəstəliyin ilk əlamətlərində GENFERON LAYT intranazal olaraq 5 gün ərzində bir doza hər burun dəliyinə 3 dəfə istifadə olunur.
1 doza təxminən 50 000 BV interferon alfa təşkil edir və istifadə olunan gündəlik doza 500 000 BV-dən çox olmamalıdır.
Kəskin respirator virus infeksiyalı xəstə ilə təmasta və ya soyuqdəymə zamanı, preparat təyin olunmuş sxem üzrə gündə 2 dəfə 5-7 gün ərzində istifadə olunur.
Zəruri hallarda profilaktik müalicə kursu təkrarlana bilər.
İstifadə qaydası:
1. Qoruyucu qapağı çıxarın.
2. İlk dəfə istifadə etməzdən əvvəl nazik bir axın görünənə qədər bir neçə dəfə püskürdücünün üzərinə basın.
3. İstifadə zamanı flakonu vertikal vəziyyətdə saxlayın.
4. Preparatı növbə ilə hər burun dəliyinə püskürdücünün üzərində bir dəfə basaraq istifadə edin.
5. İstifadədən sonra püskürdücünü qoruyucu qapaqla bağlayın.
Rəylər (0)