İstifadəsinə göstərişlər :
Ağız udlağın və mədə-bağırsaq traktının göbələk infeksyalarının və həmçinin, qrammüsbət bakteriyalar tərəfindən törədilən superinfeksiyaların oral müalicəsi və profilaktikası.
Əks göstərişlər :
Mikonazola, digər imidazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
4 aylıqdan kiçik körpələrdə və ya udma refleksi kifayət qədər inkişaf etməmiş uşaqlarda istifadəsi.
Qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə istifadəsi.
İstifadə qaydası və dozası :
15 mq/kq/gün dozada daxilə qəbul edilir.
Böyüklər : gündə 4 dəfə 1-2 çay qaşığı gel.
6 yaşlı və ondan böyük uşaqlar 6 gündə 4 dəfə 1 çay qaşığı.
2-6 yaşlı uşaqlar : gündə 2 dəfə 1 çay qaşığı gel.
2 yaşdan aşağı körpələr : gündə 2 dəfə yarım çay qaşığı gel.
Ağız boşluğunun yerli zədələnməsi zamanı az miqdarda gel təmiz barmaqla bilavasitə zədələnmiş nahiyəyə yaxıla bilər.Ağız-udlağın yerli müalicəsi üçün gel ağızda mümkün qədər çox saxlanmalıdır. Simptomlar aradan qalxdıqdan sonra müalicəni 2 gün müddətinə davam etdirmək lazımdır. Oral kandidoz zamanı axşamlar stomatoloji protezləri çıxarmaq və gel ilə fırçalamaq lazımdır.
Rəylər (0)