İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Candida albicans tərəfindən törədilən vulvovaginal kandidoz;
- Gardnerella vaginalis və ya anaerob bakteriyalar tərəfindən törədilən bakterial vaginoz;
- Trichomonas vaginalis tərəfindən törədilən trixomonad vaginit;
- Qarışıq infeksiyalar tərəfindən törədilən vaginitlər.
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın təsiredici maddələrinə və ya onların törəmələrinə qarşı yüksək həssaslıq;
- Hamiləliyin I trimestri, laktasiya dövrü;
- Üzvi mənşəli nevroloji pozğunluqlar;
- Keçmişdə və ya hazırda qan diskraziyası olan pasiyentlər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Həkim təyinatı olmadan istifadə olunmamalıdır. Həkim tərəfindən başqa təyinat olmadıqda, 7 gün ərzində hər axşam yatmazdan əvvəl 1 vaginal suppozitoriya istifadə olunur. Alternativ olaraq, 3 gün ərzində gündə 2 dəfə 1 vaginal suppozitoriyadan istifadə edilə bilər.
Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, geriatrik qrup.
ƏLAVƏ TƏSİRLƏRİ:
Qanyaradıcı və limfa sistemində;
İmmun sistemində;
Sinir sistemində;
Həzm sistemində;
Dəri və dərialtı piy toxumasında;
Böyrəklərə və sidikçıxarıcı yollarda;
Ümumi pozğunluqlar və yerli reaksiyalarda.
DOZA HƏDDİNİN AŞILMASI:
Çox miqdarda suppozitoriyadan istifadə zamanı preparatın tərkibinə daxil olan aktiv maddələrlə bağlı sistem təsirlər müşahidə oluna bilər, ancaq vaginal yolla yeridilməsinə görə hər hansı bir həyati təhlükəli reaksiyaların törəməsi gözlənilmir. Tinidazolun spesifik antidotu yoxdur; simptomatik və dəstəkləyici müalicə təyin olunur. Mədənin yuyulması mümkündür. Tiokonazolun sistem absorbsiyası aşağı olduğu üçün yerli istifadə zamanı doza həddinin aşılması mümkün deyil.
Rəylər (0)