İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Qatisin forte preparatın təsirinə həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarının müalicəsi üçün istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparata qarşı yüksək həssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik dövründə Qatisin forte-li məhlulun istifadəsinə dair adekvat və yaxşı nəzarət olunan tədqiqat aparılmadığından, o, hamiləlik dövründə yalnız ana üçün gözlənilən potensial fayda döl üçün potensial riskdən üstün olduğu zaman istifadə edilməlidir.
Laktasiya dövrü.
Preparatın ana südünə nüfuz etməsi məlum deyildir.Bir çox dərmanların ana südünə nüfuz etməsi məlum olduğuna görə, laktasiya dövründə Qatisin forte ehtiyatla istifadə edilməlidir.
PEDİATRİYADA İSTİFADƏSİ:
1 yaşdan aşağı körpələrdə qatifloksasin 0.5% məhlulunun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.1 yaşlı və böyük uşaqlarda qatifloksasinin 0.5%-li məhlulu klinik sınaqlarda bakterial konyunktivitin müalicəsi üçün təhlükəsizlik və effektivlik nümayiş etdirmişdir.
YAŞLILARDA İSTİFADƏSİ:
Yaşlı və cavan pasiyentlər arasında preparatın təhlükəsizliyi və effektivliyinə dair heç bir fərq aşkar edilməmişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
1 yaşlı və böyük pasiyentlər: 1-ci gün hər iki saatdan bir qədər zədələnmiş göz(lər)ə 8 dəfəyə qədər 1 damcı damızdırlır.2-ci-7-ci günlərdə gündə 2-4 dəfə zədələnmiş göz(lər)ə 1 damcı damızdırlır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Haqqında ən çox məlumat verilmiş ,1% hallaqrda baş vermiş əlavə təsirlər aşağıdakılardır: konyuktivitin ağırlaşması, gözün qıcıqlanması, disgevziya, gözdə ağrı.
SAXLANMA ŞƏRAİTİ:
25C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.25C-dən yüksək olmayan temperaturda saxlanmaqla, flakon açıldıqdan sonra 30 gün müddətində istifadə edilməlidir.
RESEPT ƏSASINDA BURAXILIR.
Rəylər (0)