İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
H.pylori adlanan bakteriya mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin əmələ gəlmə səbəblərindən biridir. Qastrosit müalicə paketinin tərkibindəki bu üç ayrı preparat; H.pylori infeksion və onikibarmaq bağırsağın xora xəstəliklərinin müalicəsində istifadə olunur. H.pyulorinin eradikasiyası onikibarmaq bağırsağı xora xəstəliyinin təkrarlanma riskini azaldır.
ƏKS GÖSTƏRİŞLƏR:
- Qastrosit formulundakı komponentlərin hər hansı birinə və ya lansoprazola qarşı hiperhəssaslıq olduğu hallarda Qastrosit müalicə paketini istifadə etməyin;
- Qastrosit sizaprid, pimozid astemizol, erqotamin, dihidroerqotamin, terfenadin, kolxisin və ya statinlər ilə birlikdə istifadə olunmamalıdır;
- Qastrosit müalicə paketinin təsir edici maddəsi olan klaritromisin, uzun QT sindromu. Qadınlarda Torsades de Pointes-in əmələ gəlmə riski kişilərdə nisbətən çoxdur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
bu preparat ikili tablet, bir tablet formasındadır. Bir blisterin yarısı açıq mavi, digər yarısı isə tünd mavi rəngdədir. Açıq mavi hissəsi səhər yeməyindəz əvvəl qəbul olunur, tünd mavi rəngli hissəsi isə axşam yeməyindən əvvəl. Hər hissədə 3 ədəd preparat vardır və hər qəbulda bu 3 preparat birlikdə qəbul olunmaldır.
ƏLAVƏ TƏSİRLƏRİ:
İshal - 7.0;
Başağrısı - 6.0;
Dad hissəsinin itməsi - 5.0;
Tənəffüs sistemi xəstəlikləri: tənəffüs pozğunluğu;
Mədə bağırsaq xəstəlikləri: ağız quruluğu, dil iltihabı, bulantı, qusma, anus ətrafı qaşınma, başgicəllənmə;
Dəri altı toxuma xəstəlikləri: dəri reaksiyaları;
Cinsiyyət sisteminin xəstəlikləri: vaginal göbələk;
Ümumi pozğunluqlar: qarın ağrısı.
KLARİTROMİSİN ÜÇÜN:
Klaritromisinlə müalicə kursu keçən xəstələrdə dişlərin rəngi dəyişilə bilər. bu effekt diş məcunlarından istifadə etməklə qaldırıla bilər.
Qanyaradıcı sistem: leykositlər sayının azalması protrombin müddətinin 1% uzanması.
LANSOPRAZOL ÜÇÜN:
Ürək damar sistemi: angina, ürək döyüntüsü, şok, damar genişlənməsi;
Həzm sistemi: anoreksiya, kardiospazm, yad cisimlər, öddaşı sistemi;
Qan və limfa sistemi: anemiya, hemoliz;
Qidalanma və metabolik pozğunluqlar: podaqra, çəki artımı/azalması;
AMOKSASİLİN ÜÇÜN:
Mədə-bağırsaq sistemi: bulantı, qusma, ishal;
Qaraciyər;
Böyrək: qum tökülməsi;
Qan və limfa sistemi: anemiya, trombositopeniya;
DOZA HƏDDİNİN AŞILMASI:
KLOTRİMAZOL: doza artıq olarsa mədə ağrısı, bulantı, ishal və dəri səpkiləri kimi simptomlar, müşahidə oluna bilər.
LANSOPRAZOL: dializ orqanizmdən çıxarılması mümkün deyil. Doza həddini aşıldıqda simptomatik və uyğun müalicənin aparılması vacibdir.
AMOKSASİLİN: doza həddinin aşılması halında preparat ilə aparılan müalicə dayandırılmalı, gərəkli simptomatik müalicənin aparılması vacibdir.
Rəylər (0)