İstifadəsinə göstərişlər:
Furazidin kaliuma həssas mikroorqanizlərlə törədilən sidik yollarının infeksiyasının, ginekoloji infeksiyaların müalicəsi.
Əks göstərişlər:
Təsiredici maddəyə, nitrofuran qrupu birləşmələrinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Ağır böyrək çatışmazlığı
Polinevropatiya
Porfiriya
Hamiləlik və laktasiya dövrü
İstifadə qaydası və dozasi:
Dərman vasitəsi yeməkdən sonra daxilə qəbul edilir. Kapsul bütöv şəkildə xeyli miqdarda su ilə udulur.
Böyüklər üçün doza gündə 3 dəfə 50-100 mq təşkil edir.
Bədən çəkisi 30 kq-dan artıq olan uşaqlara gündə 3 dəfə 50 mq təyin edilir.
1-10 yaşlı uşaqlara bədən çəkisinə 5mq/kq sutkalıq dozanı 2-3 qəbula bölərəktəyin edilir.
sutkalıq dozanı bərabər hissəyə bölmək mümkün olmadıqda, dozanın çox hissəsini gecə qəbul etmək lazımdır.
ehtiyac olduqda kapsulu açıb möhtəviyyatını az miqdarda su ilə qarışdırmaq olar.
Rəylər (0)