İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Dərinin yüksək iltihabi və ya ekzematoz dəri simptomları ( məsələn, əl nahiyələrində, ayaq barmaqları arasındakı sahələrdə,
qasıq və genital ( cinsi ) nahiyələrdə ) ilə müşayiət olunan səthi göbələk infeksiyalarının başlanğıc və aralıq müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR :
· Preparatın təsiredici maddələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq
· Müalicə olunmalı nahiyələrdə vərəmli və ya sifilitik proseslərin olması, virus xəstəlikləri, rozaseya, perioral dermatit və
postvaksinal dəri reaksiyaları.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Hamiləlik dövründə yerli qlükokortikosteroidlərin istifadəsinə dair məlumatlar kifayət qədər deyil.Lakin, riskin daha aşağı
olmasını gözləmək olar, belə ki, yerli qlükokortikosteroidlərdən istifadə zamanı sistem təsiri çox aşağıdır.
Bir qayda olaraq, tərkibində kortikoid olan yerli istifadə üçün preparatlar hamiləliyin birinci trimestrində istifadə
edilməməlidir.Hamilə qadınlarda və uşaq əmizdirən analarda Fundokort – la müalicə üçün klinik göstərişlər ciddi şəkildə
nəzərdən keçirilməli və fayda/risk nisbəti qiymətləndirilməlidir.Xüsusilə, preparatın böyük sahədə və ya uzunmüddətli
istifadəsindən qaçmaq lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Fundokort dərinin zədələnmiş nahiyələrinə yaxmaqla gündə 2 dəfə istifadə edilməlidir.
Fundokort ilə müalicə dərinin iltihabi və ya ekzematoz xəstəliklərinin yaşılaşmasından sonra və ya müalicənin başlanmasından
ən çoxu 2 həftə sonra dayandırılmalıdır.Bu, xüsusilə qasıq və genital nahiyələrdə istifadəyə aiddir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Tərkibində kortikosteoridlər olan yerli preparatların bədənin geniş sahələrinə və ya uzunmüddətli istifadəsindən sonra aşağıda
reaksiyalar baş verə bilər : dərinin atrofiyası, teleangiektaziya, striyalar ( gərilmələ ), dəridə civzə formalı dəyişikliklər kimi yerli
simptomlar və absorbsiya nəticəsində kortikoidin sistem təsirləri.
DOZA HƏDDİNİN AŞILMASI :
Dəridə birdəfəlik istifadə zamanı doza həddinin aşılması nəticəsində və ya bilməyərəkdən daxilə qəbul zamanı kəskin
intoksikasiyanın istənilən riskini gözləmək olar.
Təsiredici maddələr : 1 qkremin tərkibində 10 mq ( 1 % ) izokonazol nitrat və 1 mq ( 0.1 % ) diflukortolon valerat vardır.
Köməkçi maddələr : maye parafin, sarı yumşaq parafin, polisorbat 60, setostearil spirti, dinatrium edetat, sorbitan stearat,
deionlaşdırılmış su.
Rəylər (0)