İstifadəsinə göstərişlər:
Preparat Gardnerella vaginalis, Mobiluncus, və digər anerob bakteriyaların, o cümlədən qarışıq vaginitlərin və vaginal kandidozun yaratdığı bakterial vaginozun müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Preparatın tərkibində olan təsiredici maddələrə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Preparatın eyni zamanda daha əvvəllər Kron xəstəliyi keçirmiş, xoralı kolit və ya antibiotiklərin yaratdığı kolitdən əziyyət çəkən xəstələrə təyini əks göstərişlidir.
İstifadə qaydası və dozası:
Sutkada bir dəfə gecə yatmazdan əvvəl 1 vaginal şam uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 7 gündür.
Əlavə təsirləri:
Mərkəzi sinir sistemi: şüurun müvəkqəti itməsi, başağrıları, baş gicəllənmə;
Dəri xəstəlikləri: səpgi;
Mədə-bağırsaq xəstəlikləri: mədədə qıcqırma, ürəkbulanma, qusma, diareya.
Doza həddinin aşılması:
Preparatın doza həddinin aşılması ilə bağlı məlumat verilməmişdir.
Rəylər (0)