BİOLOJİ XÜSUSİYYƏTLƏR:
Fondomix-100% təbii maddələrdən ibarət bioaktivator təsirə malik bir preparat olub, dondurulmuş arı südü, barbados albalısı və antasianidinlərlə zəngin bitkilərin qarışığından ibarətdir.Orqanizmin təbii müdafiəsinə kömək edir.Arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın aminturşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır.Arı südü immun sistemini, orqanizmin infeksion xəstəliklərə qarşı müqaviməti artırmağa, maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir.Ümumi tonusun yüksəlməsində, orqanizmin gümrahlaşmasında, daxili sekresiya vəzilərinin fəaliyyətinin normallaşmasında əhəmiyyətli rola malikdir.Barbados albalısı C vitamini mənbəyidir, antioksidant, tonuslandırıcı, virus və infeksiyalardan qoruyucu xüsusiyyətlərə malikdir.
Fondomix dəstək preparatı olub, əsasən orqanizmin normal fəaliyyətinin nizamlanmasına yardım edir:
- Xroniki yorğunluq:
- Stress:
- Orqanizmdə mövsümi dəyişikliklərlə yaranan proseslər:
- Orqanizmdə gərgin işlə əlaqədar yaranan proseslər və s. zamanı bioloji fəallığa malik qida əlavəsi olaraq istifadə olunması məsləhət görülür.
İSTİFADƏ QAYDASI VƏ TÖVSİYƏ EDİLƏN SUTKALIQ DOZA:
Böyüklərdə gündə 1 flakon (15 ml) təyin olunur.
Səhər yeməyindən sonra qəbul etmək məsləhət görülür.Meyvə şirəsi və istənilən digər maye ilə durulaşdırılıb içilə bilər.Açıldıqdan sonra flakon soyuducuda bir neçə gün saxlanıla bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq
Rəylər (0)