Sarıdan tünd sarı rəngə qədər yastıslindrik formalı, kənarları kəskik tabletlər.
Göstərişlər:
-Fol turşusunun çatışmazlığı ilə əlaqədar olan anemiyaların müalicəsi və profilaktikası
-Döldə anadangəlmə qüsurların inkişafının profilaktikası
-Fol turşusunun antaqonistləri ilə, qıcolma əleyhinə preparatlarla uzunmüddətli müalicə
-Balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığı
-Spermatogenezin azalması nəicəsində baş verən kiçi sonsuzluğunun müalicəsi
-Polinevritlər və polineyropatiyalar, o cümlədən alkoqol mənşəli
Əks göstərişlər:
Fol turşusuna və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Müalicə məqsədi ilə kişilərə və döşlə qidalndırma dövründə qadınlara gündə 5 mq-a qədər təyin edilir. Müalicə kursu 20-30 gün təşkil edir. 1
aylıq fasilə ilə 2-3 müalicə kursu keçirmək tövsiyə olunur.Preparatın uzunmüddətli istifadəsini B12 vitaminin qəbulu ilə kombinə etmək tövsiyə
olunur.
Döldə anadangəlmə qüsürların inkişaf riski olan qadınlara hamiləliyin başlanmazından əvvəl 4 həftə ərzində 5 mq təyin edilir və hamiləliyin ilk
3 ayı ərzində davam etdirilir.
Balanslaşdırılmamış və təlabata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığının profilaktikası üçün
gündə 1-5 mq. Müalicə kursu 20-30 gün.
1 aydan sonra müalicə kurusu təkrar etmək tövsiyə olunur.
Meqaloblast anemiya zamanı 4 ay müddətində gündə 5 mq fol turşusu təyin olunur.
Spru xəstəliyi, makrositlər anemiyası, bağırsağın iltihabi xəstəlikləri ilə malabsorbsiyası olan pasiyentlərə gündə 5-15 mq qəbul etmək tövsiyə
olunur.
Təsiredici maddə: 1 tabletin tərkibində 100% susuz maddəyə nəzərən 1 mq və ya 5 mq fol turşusu vardırı.
Köməkçi maddə: qlükoza monohidrat, maqnezium-stearat.
Rəylər (0)