İstifadəsinə göstərişlər:
Mülayim nəzərə çarpan və ağır allergik rinitin əlamətlərin yüngülləşməsi hallarında, deməli, intranazal tətbiq üçün antihistamin maddələrlə ya QKS ilə monoterapiya kifayət qədər effektiv deyil.
Əks göstərişlər:
Preparatın aktıv maddələrinə qarşı, yaxud istənilən yardımçı maddələrinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaşlı uşaqlar və ondan böyüklər;
Sutkada 2 dəfə hər burun dəliyinə 1 püskürmə (səhər və axsam)
12 yaşdan kiçik uşaqlar;
12 yaşdan aşağı olan uşaqlarda preparatın tətbiqinin effektivliyi və təhlükəsizliyi təyin olunmamışdır, ona görə də bu yaş qrupunda işlədilməsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik;
Qadınlarda hamiləlik dövründə, azelastin hidroxloridin və flutikazon propionatın təyini haqqında məlumat məhduddur və ya yoxdur. Flutel Plyus preparatı qadınlarda, hamiləlik dövründə yalnız o zaman tətbiq olunmalıdır ki, ana üçün gözlənilən xeyir, döl üçün riskin mümkünlüyündən üstün olsun.
Laktasiya;
Məlum deyil ki, azelastin hidroxlorid və flutikazon propionat ya onların metabolitləri, intranazal tətbiq zamanı insanda ana südü ilə xaric olur yoxsa yox. Qadınlarda Flutel plyus preparatı süd vermə dövründə yalnız o hallarda təyin edilə bilər ki, ana üçün gözlənilən xeyir, uşaq üçün mümkün ola biləcək riskdən üstün olsun.
Rəylər (0)