İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- qeyri-infeksion, kəskin və allergik konyuktivit və keratit;
- gözün ön seqmentinin qeyri-infeksion iltihabi;
- çəpgözlük, katarakta və ya qlaukomaya görə aparılmış cərrahi müdaxilələrdən sonra vaziyyətlər, əlavə antimikrob müalicə ilə birlikdə.
ƏKS GÖSTƏRİŞLƏR:
Flaurometalona, tetrahidrolinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. İnfeksion konyuktivit və ya keratit. Zədələnmələr və ya buynuz qişanın xoralı, xüsusilə, virus, bakteriya və göbələk tərəfindən törədilən xəstəliklər. FLUMİDİA 6 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər: gündə 2-3 dəfə konyuktival kisəciyə 1 damcı damızdırılır. İlk 24-28 saat ərzində doza böyüklərdə hər saatdan bir 1 damcıya qədər artırıla bilər. Reaktiv hiperemiyası olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Qeyd: istifadədən əvvəl flakonu çalxalamaq, istifadədən sonra isə flakonun qapağını dərhal bağlamaq lazımdır. Damcıladıcının ucuna toxunmayın. Flakonun açılmasından sonra preparatı bir aydan çox müddət ərzində istifadə etməyin.
Uşaqlar: Heç bir müvafiq tədqiqat aparılmamışdır. Mümkün sistem təsirlərə görə, FLÜMİDİA 6 yaşa qədər uşaqlarda istifadə edilməməlidir.
Yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsinin zəruriliyini göstərən heç bir məlumat yoxdur.
ƏLAVƏ TƏSİRLƏRİ:
- göz daxili təzyiqin yüksəlməsi;
- göz toxumasının infeksiyası;
- buynuz qişanın durulaşması;
- bulbar perforasiya;
midriaz və psoriaz;
- sağalmanın gecikməsi;
- ekzoftamiya;
- herpes, mikoz.
DOZA HƏDDİNİN AŞILMASI:
Düzgün istifadə etdikdə doza həddinin aşılması minimaldır.
SAXLANMA ŞƏRAİTİ:
25C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 30 gün müddətində istifadə edilə bilər.
İSTEHSALÇI:
Misir.
Rəylər (0)