İstifadəsinə göstərişlər:
Qatı və çətin ayrılan bəlğəmlə müşayiət olunan kəskin və xroniki bronx-ağciyər xəstəlikləri və burun boşluğunun, burun-udlaq, burunətrafı boşluqların və orta qulağın iltihabi xəstəlikləri; bronxoskopiyaya və/və ya bronxoqrafiyaya hazırlıq.
Əks göstərişlər:
Karbosisteinə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq;
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə mərhələsi;
Xoroniki qlomerulonefrit sistit;
2 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
2-5 yaşlı uşaqlar:
Gündə 2 dəfə 5 ml təyin edilir. Doza 200 mq/günü aşmamalıdır.
5 yaşdan yuxarı uşaqlar:
Gündə 3 dəfə 5 ml təyin edilir. Doza 300 mq/günü aşmamalıdır.
Doza həddinin aşılması:
Simptomları
Qastralgiya, ürəkbulanma, diareya.
Müalicəsi
Simptomatikdir.
Əlavə təsirləri:
Ürəkbulanma, qusma, diareya, epiqastral nahiyədə ağrı, meteorizm, mədə-bağırsaq qanaxmaları, başgicəllənmə, səiflik.
Rəylər (0)