İstifadəsinə göstərişlər:
Gözün ön seqmentinin bakteriyalarla əlaqədər olan infeksiyalaşmış iltihabi proseslərində, həmçinin əməliyyatdan sonrakı iltihabi proseslərdə istifadə olunur.
Əks göstərişləri:
Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.Buynuz qişanın zədələnməsi və xorası. Viral infeksiyalar və ya mikoz. Göz vərəmi və qlaukoma.
İstifadə qaydası və dozası:
Bakterial infeksiya: Dozalanma xəstəliyin şiddətindən asılıdır.Təsirə məruz qalan gözün konyuktiva kisəsinə gündə 5 dəfə 1 damcı tətbiq etmək tövsiyə olunur.
Əməliyyadan sonrakı göz infeksiyası: 1 həftə ərzində gündə 4 dəfə konyuktiva kisəsinə 1 damcı.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
İnsanlar üzərində kontrol tadqiqatlar aparılmamışdır.Buna görə də, məcburi səbəblər istisna olmaqla, hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə edilmir.
Rəylər (0)