İstifadəsinə göstərişlər:
Böyüklər və 1 yaşdan yuxarı uşaqlar
Floksimed "Farmakkodinamika" bəndində sadalanan, həssas mikroorqanizm ştammlarının törətdiyi konyunktivit və digər göz infeksiyalarının müalicəsi üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər:
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq;
- xinolonlara qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Tubun ucluğunu və məlhəmin özünün çirklənməsinin qarşısını almaq üçün diqqət etmək lazımdır ki, ucluq göz qapaqlarına, üzün yanaşı hissələrinə və digər səthlərə toxunmasın.
Dozalanması:
Böyüklər və 1 yaşdan yuxarı uşaqlar: 1,25 sm məlhəm zədələnmiş gözün konyunktiva kisəsinə yeridilir. 2 gün ərzində gündə 3 dəfə, daha sonra ardıcıl 5 gün ərzində gündə 2 dəfə.
1 yaşa qədər uşaqlar
1 yaşdan kiçik uşaqlarda göz məlhəminin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.
Doza həddinin aşılması:
Doza həddinin aşılması hadisələri barədə məlumatlar mövcud deyildir.
Əlavə təsirləri:
İmmun sistemi: nadir - hiperhəssaslıq.
Sinir sisteminə: bəzən - başağrısı; nadir - başhərlənmə.
Görmə orqanına: tez-tez - ağ ərp, gözdə diskomfort, konyunktivanın hiperemiyası; bəzən - keratopatiya.
Rəylər (0)