Şəffaf rəngsiz, və ya açıq sarı rəngli məhluldur.
Göstərişlər
Floksedol, ofloksasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarında istifadə edilir
-konyunktivit
-blefarit
-blefarokonyunktivit
-dakriosistit
-keratit
Əks göstərişlər:
Preparatın istənilən komponentinə və xinolonlara qarşı yüksək həssaslıq
İstifadə qaydası və dozası:
Preparat böyüklərdə 1 yaşdan yuxarı uşaqlarda istifadə üçün nəzərdə tutulmuşdur.
Preparat, yalnız həkimin təlimatına uyğun istifadə etmək lazımdır.
Müalicə müddəti və dozalanma həkim tərəfindən hər bir pasiyetn üçün fərdi müəyyən edilir.
Böyüklər və 1 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza.
1-ci və 2-ci gün 2 və ya 4 saatdan bir 1-2 damcı
3-cü gündən başlayaraq gündə 4 dəfə (hər 6 saatdan bir)
Daha ağır hallarda 1-2 damcı hər 1 və ya 2 saatdan bir artırılır.
Təsireidic maddə 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır.
Köməkçi maddə natrium dihidrofosfat monohidrat, natrium hidrofosfat dodekahidrat, natrium xlorid, benzalkonium xlorid, yaxşı təmizlənmiş su, xlorid turşusu və ya natrium hidroksid.
Rəylər (0)