İstifadəsinə göstərişlər:
- aşağı tənəffüs yollarının infeksiyaları;
- LOR-orqanlarının infeksiyaları;
- sidik yollarının və böyrəklərin infeksiyaları;
- cinsi orqanların infeksiyaları;
- dərinin və yumşaq toxumaların infeksiyaları.
Əks göstərişlər:
Levofloksasinə, digər xinolonlara və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Yemək zamanı və ya qida qəbulları arasındakı fasilələrdə çeynəmədən, kifayət qədər maye ilə daxilə qəbul edilir.
Böyrək funksiyaları normal olan böyüklər üçün tövsiyə olunan doza.
Kəskin sinusit zamanı - 10-14 gün müddətində gündə 1 dəfə 500 mq;
Xroniki bronxitin kəskinləşməsi zamanı - 7-14 gün müddətində gündə 1 dəfə 250-dən 500 mq-a qədər;
Xəstəxanadan kənar pnevmoniya zamanı - 7-14 gün müddətində gündə 1 və ya 2 dəfə 500 mq.
Doza həddinin aşılması:
Huşun pozulması, huşun dolaşıqlığı daxil olmaqla, başgicəllənmə, qıcolma tutmaları.
Doza həddinin aşılması zamanı simptomatik müalicə aparilmalıdır.
Əlavə təsirləri:
İnfeksiyalar və invaziyalar
Bəzən: göbələk infeksiyaları.
Qan və limfatik sistemində baş verən pozğunluqlar
Bəzən: leykopeniya, eozinofiliya.
Nadir hallarda: trombositopeniya, neytropeniya.
Rəylər (0)