İstifadəsinə göstərişlər:
Arterial hipertenziyanın müalicəsi.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Moksonidini qida qəbulundan asılı olmayaraq, daxilə istifadə etmək lazımdır.
Preparatın standart başlanğıc dozası sutkada 0,2 mq təşkil edir; maksimal sutkalıq doza 0,6 mq-dır - iki dəfəyə qəbul olunur. Maksimal birdəfəlik doza 0,4 mq-dır. Pasiyentin reaksiyasından asılı olaraq, preparatın sutkalıq dozasını fərdi qaydada korreksiya etmək lazımdır.
Doza həddinin aşılması:
Başağrısı, sedativ effekt, yuxuyameyillilik, hipotenziya, başgicəllənmə, asteniya, bradikardiya, ağızda quruluq, qusma, yorğunluq və qarının yuxarı nahiyəsində ağrı.
Əlavə təsirləri:
Kardial pozğunluqlar:
Bəzən; bradikardiya.
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar:
Bəzən; qulaqlarda küy:
Sinir sistemində baş verən pozğunluqlar:
Tez-tez; başağrısı, başgicəllənmə, vertiqo, yuxuyameyillilik.
Rəylər (0)