Gündə 2-3dəfə və ya lazım olan anda dəriyə tam nüfuz edənə qədər masaj olunur.
Fitogar kombinə olunmuş preparat olub, tərkibinə damargenişləndirici və sinir uclarına qiciqlandlırıcı təsir göstərən komponentlər daxildir ki, nəticədə fitogar gel yerli qıcıqlandırıcı, hiperemiyaedici və ağrı kəsici effekt verir. Təsir mexanizmi onun tərkibində olan təbii yağların xüsusiyyətlərinə əsaslanır. Fiziki gərginlik və xarici faktorlarının təsiri nəticəsində əzələ və oynaqlarda əmələ gələn diskomfort hissini aradan qaldırır, enerjini bərpa edir, epidermisi regenerasiyaya uğradır,nəmləndırir və qıdalandırır. Dağ öküzü otu ekstraktı tərkibində efir yağları,fitosterollar.flavonoidler,triterpenler və.s birləşmələr vardır. İltihab əlehinə təsirinə görə dağ ökuzotunun ekstraktının tətbiqi revmatk və iltihabı proseslərin azalmasına gətirib çıxarır. Bakteriosid və bakteriostatik təsiri dəridə bakterial infeksiyaların yayılmasının qarşısını alır. Dərman xəndək otu ekstaktı-dərinin ödemi azaldır və proliferasiyani(daha sürətli inkişaf və bərpa) yaxşılaşdırır. Yarasağaldıcı və iltihab əlehinə təsirə malikdir, toxumalarda regenerasiyanı sürətləndirir. D-pantol zəif iltihab əlehinə təsir göstərir,zədələnmiş dəri toxumalarının regenerasiyasını sürətləndirir və qıdalandırır. Mentol dəriyə çəkildikdə sinir uclarını qıcıqlandırır, yüngül yerli ağrıkəsici təsir göstərir,zəif antiseptik xüsusiyyətə malikdir. Şam ağacının yağı antiseptik.ağrı kəsici, iltihab əlehinə təsir xüsusiyyətlərinə malikdir. Müxtəlif etologiyalı( osteoxondroz,nevrit,artiritlər.nevralgiyalar) əzələ, oynaq və sümük ağrıları zamanı ağrı kəsici təsiri effektlidir. Evkalipt yağı bakteriosid, antiseptik, ağrıkəsici, spazmolitik,revmatizim əlehinə,balzamik və virus əlehinə təsirlərə malikdir.
GÖSTƏRİŞLƏR:
- İltihab mənşəli əzələ oynaq ağrıları
- İdman zədələri
- Osteoxondroz
- Çıxıq ağrıları Vətər gərilməsi
- Mialgiya
- Revmatizim ağrıları zamanı
DİQQƏT: Tamlığı pozulmuş dəriyə,selikli qişalara,ğöz ətrafına çəkmək və komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq olduqda istifadə etmək olmaz. Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.SAXLANMA ŞƏRAİTİ: 30-Ctemperaturdan aşağı,uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə
Rəylər (0)