Yüngül və orta ağırlıqlı depressiv hallarının, artmış psixi gərginlik və qıcığın, qorxu, narahatlıq, həyəcan və oyanıqlıq vəziyyətlərin, həyəcan və sinir sisteminin digər pozğunluqları nəticəsində ürək ritminin pozulmasının, emosional vəziyyətlərin və sinir gərginliyi zamanı yuxuya getmənin pozulmasının, mədə-bağırsaq traktı, həmçinin əzələ spazmlarının kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadəsi olunması tövsiyə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Vasitənin hər hansı bir komponentinə qarşı yüksək fərdi həssaslıq, öd axarlarının tıxanması, 12 yaşa uşaqlar. Vasitəni siklosporin, takrulimus, amprenavir, indinavir, proteza inhibitorları, varfarin və irinotekanla birlikdə istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövrü;
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Vasitənin komponenlərinə qarşı yüksək həssaslıq fonunda həssaslıq fonunda allergik reaksiyanın baş verməsi, nadir hallarda ağızda quruluq, mədə-bağırsaq pozğunluq əlamətləri baş verə bilər. Bu kimi əlavə təsirlər baş verdiyi zaman vasitənin qəbulu dayandırılmalı, həkimə və ya əczaçıya müraciət edilməlidir.
İSTİFAFƏDƏ QAYDASI VƏ DOZASI:
14 yaşdan yuxarı pasiyentlər: səhər yeməkdən və ya yemək zamanı 1 gündüz tableti; axşam yatmazdan 1 saat əvvəl 1 gecə tableti, kifayət qədər miqdarda su ilə daxilə qəbul olunmalıdır. Suyu digər mayelərlə əvəz etmək yolverilməzdir. Qəbul müddəti 2-4 həftədir. Təkrar istifadə üçün interval 1,5-2 aydan az olmamalıdır.
Rəylər (0)