İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Gizli dəmir çatışmazlığının müalicəsi ( latent dəmir çatışmazlığı);
- Dəmir çatışmazlığı anemiyasının müalicəsi;
- Hamiləlik zamanı dəmir çatışmazlığının profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- dəmirdən istifadənin pozğunluqları;
- dəmirlə həddindən artıq yüklənmə;
- dəmir çatışmazlığı ilə bağlı olmayan anemiyalar;
- təkrar qan köçürmələri;
- parenteral dəmir terapiyası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Preparatın dozası və müalicənin müddəti dəmir çatışmazlığının dərəcəsindən asılıdır.
Müalicə 3-5 ay müddətində hemoqlobinin səviyyəsi normallaşana qədər dəvam etdirilir. Bundan sonra orqanizmdə dəmir ehtiyatlarını bərpa etmək üçün preparat daha bir neçə həftə qəbul edilir.
1 yaşa qədər uşaqlar: başlanğıc doza 2,5 ml şərbəti təşkil edir. Doza tədricən gündə 5 ml şərəbətə qədər artırılır. 1-12 yaşlı uşaqlar: gündə 5-10 ml şərbət. 12 yaşdan böyük uşaqlar adı gündəlik doza 1-3 çeynənilən tableti və ya gündə 10-30 ml şərbəti təşkil edir.
DOZA HƏDDİNİN AŞILMASI:
Qarında narahatlıq, ürəkbulanma, qusma və diareya müşahidə olunur. Nəcis qətranabənzər boyanır, qusuntu kütlələrində qan ola bilər, leyjositoz, zəiflik və hipotoniya.
Rəylər (0)