İstifadəsinə göstərişlər:
Vaginal şamlar formasında Femines preparatı aşağıda qeyd edilmiş müxtəlif səbəblərdən yaranan vaginitlərin müalicəsində yüksək dərəcədə effektivdir:
- Xüsusilə kandidoz və ya bakterial infeksiyaya şübhə olduqda, vaginada və vulvada qaşınma və yanma hissi ilə müşayiət olunan leykorreya.
- Anaerob bakteriyalar tərəfindən yaranan hallarda da daxil olmaqla bakterial vaginitlər.
- Trixomonad vaginiti.
- Vaginal və ya vulvovaginal kandidozlar.
- Trichomonas vaginalis, göbələklər və/və ya bakteriyalar tərəfindən yaranan qarışıq vaginal infeksiyalar.
Əks göstərişlər:
Preparatın hər hansı komponentlərinə qarşı yüksək həssaslıq halları.
İstifadə qaydası və dozası:
Femines vaginal şamları, gündə bir dəfə və ya gündə iki dəfə ardıcıl 5-10 gün ərzində və ya həkim tərəfindən təyin edildiyi müddət ərzində vaginaya dərinə daxil edilməlidir.
Doza həddinin aşılması:
Preparatın intravaginal istifadəsi zamanı doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Nadir hallarda, müalicənin əvvəlində keçici xarakterli yerli qaşınma və vaginal qıcıqlanma meydana gələ bilər.
Rəylər (0)