İstifadəsinə göstərişlər:
Felogel aşağıdakı hallarda göstərişdir: burxulma, dartılma, əzilmə və bel nahiyəsində ağrı ilə şərtləndirilmiş vətərlərin, oynaq bağlarının, əzələlərin və oynaqların travmaları zamanı (idman travmaları);
Oynaqdankənar revmatizmin lokallaşmış formalarında - vətərlərin iltihabı (məsələn, "tennisçi dirsəyi") bursitlər (oynaq ətrafında ağrı və ödem), çiyin-qol sindromu,periartropatiya;
Degenerativ oynaq xəstəliklərənin lokallaşmış formalarında, məsələn , periferik oynaqların və onurğanın osteoartriti.
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya digər komponentlərinə qarşı yüksək həssaslıq; asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı hiperhəssaslıq ilə astma tutmaları, övrə və ya kəskin allergik zökəm əlamətləri; 14 yaşa qədər uşaqlar; hamiləliyin son 3 ayı.
İstifadə qaydası və dozası:
Dərman preparatını içlik vərəqədə qeyd edilən kimi və ya həkiminiz və ya əczaçı təyin etdiyi kimi istifadə edin.Əgər siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçıdan soruşun.Felogel aşağıda qeyd olunan şəkildə dəri səthinə istifadə olunur:
Böyüklər və 14 yaşdan yuxarı uşaqlar:
Gel zədələnmiş sahəyə gündə 3-4 dəfə yaxılır və tam şəkildə sorulana qədər ehtiyatla sürtülür.Gelin lazımı miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır.Məsələn,2q gel təxminən 400 sm2 bərabər sahənin gel ilə örtülməsi üçün kifayətdir.Hər istifadəsindən sonra əlləri yumaq lazımdır, əgər onlar istifadə sahəsi deyilsə.Müalicənin davametmə müddəti göstərişlərdən və əldə olunan effektdən asılıdır.
Doza həddinin aşılması:
Preparat dəri səthinə istifadə olunduğu üçün doza həddinin aşılması ehtimalı yoxdur.Təsadüfən yüksək miqdarda udularsa, yardım üçün müalicə həkiminizə və ya yaxında yerləşən tibb müəssisəsinə müraciət edin.
Rəylər (0)