İstifadəsinə göstərişlər:
Diabetik polineyropatiyalar zamanı hissiyat pozğunluğu.
Əks göstərişlər:
Preparata və ya onun komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat bilavasitə flakondan olmaqla, gündə 600 mq dozada 30 dəqiqə ərzində yeridilir. Alfa-lipoy turşusunun işığa həssas olması ilə əlaqədər olaraq infuzion məhlulları istifadə olunana qədər karton qutuda saxlamaq lazımdır.
Doza həddinin aşılması:
Simptomları:
Ürəkbulanma, qusma, başağrıları mümkündür.
Müalicəsi:
Ciddi intoksikasiyaya şübhə olan hallarda təcili hospitalizasiya və ümumi qəbul olunmuş tədbirlər aparılmalıdır.
Əlavə təsirləri:
Mərkəzi sinir sistemində: tək-tək hallarda dad hissinin pozulması, başağrısı, tərləmənin artması, tənəffüsün çətinləşməsi, kəllədaxili təzyiqin artması.
Həzm traktında: tək-tək hallarda preparatın sürətlə yeridilməsi zamanı ürəkbulanma, qusma, ishal, qarında ağrı mümkündür.
Rəylər (0)