Ağ və ya sarımtıl rəngli kristallik toz.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər:
- Meningit;
- Peritonit;
- Sepsis ( septisemiya );
- Ağır irinli-septik vəziyyətlər;
- Sümük və oynaqların infeksiyaları ( septik artrit, osteomielit, bakterial bursit );
- Aşağı tənəffüs yollarının infeksiyaları ( kəskin və xroniki bronxit, infeksiyalaşmış bronxoektaziyalar,
pnevmoniya, ağciyərbsesi, plevranın empieması );
- Sidikçıxarıcı yolların infeksiyaları ( kəskin və xroniki pielonefrit, pielit, prostatit, sistit, uretrit, böyrək absesi
);
- Dəri və yumşaq toxumaların infeksiyaları ( mastit, yara infeskiyaları, fleqmona, qızıl yel, infeksiyalaşmış
yanıqlar );
- MBT, qarın boşluğu və öd yollarının infeksiyaları ( enterokolit, peritonarxası abseslər, divetikulit, xolesistit,
xolangit, öd kisəsinin empieması );
- Qulaq, boğaz və burun infeksiyaları ( orta qulağın otiti, sinusit, mastoidit ).
ƏKS GÖSTƏRİŞLƏR:
Preparata və ya digər sefalosporinlərə və ya beta-laktam qrupuna aid olan antibiotiklərə
( penisillinlər, monobaktamlar, karbapenemlər ) qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Ə/d ( böyük əzələlərə yeridilməlidir ) və ya v/d ( şırınqa və ya damcı üsuslu ilə ) yeridilir. Preparatın dozası
xəstəliyin ağırlıq dərəcəsi, infeksiya yerinin lokalizasiyası və törədicinin həssaslığı, pasiyentin yaş və bədən
çəkisi, böyrəklərin funskiyası nəzərə alınmaqla fərdi qaydada müəyyən edilir.
Kreatinin klinersi
|
Doza
|
>50 ml/dəq ( 0.83 ml/san )
|
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş adi dozalar
|
31-50 ml/dəq ( 0.52-0.83 ml/san )
|
1 q hər 12 saatdan bir
|
16-30 ml/dəq ( 0.27-0.50 ml/san )
|
1 q hər 24 saatdan bir
|
6-15 ml/dəq ( 0.10-0.25 ml/san )
|
500 mq hər 24 saatdan bir
|
<5 ml/dəq ( 0.08 ml/san )
|
500 mq hər 48 saatdan bir
|
Hemodializ aparılan pasiyentlər
|
1 q hər hemodializ seansından sonra
|
Peritoneal dializ aparılan pasiyentlər
|
500 mq hər 24 saatdan bir
|
12 yaşadək uşaqlar:
2 ayadək uşaqlar – v/d infuziya 30 mq/kq/sut ( gündə 2 dəfə istifadə olunur );
2 aydan 12 yaşadək uşaqlar – v/d infuziya 30-50 mq/kq/sut ( gündə 3 dəfə istifadə olunur ).
Doza
|
Ə/d istifadə zamanı həlledicinin həcmi
|
V/d istifadə zamanı həlledicinin həcmi
|
0.5 q
|
1,5 ml inyeksiya üçün su
|
5 ml inyeksiya üçün su
|
1 q
|
3 ml inyeksiya üçün su
|
10 ml inyeksiya üçün su
|
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar: övrə, üşütmə və ya qızdırma, səpki, qaşınma; nadir hallarda – bronxospazm, eozinofiliya,
Stivens-Conson sindromu, toksik epidermal nekroliz ( Layell sindromu ), angionevrotik ödem, anafilaktik şok.
Qanyaradıcı sistemə: böyrəklərin funskiyasını pozulması ( azotemiya, hiperkreatininemiya, qanda sidik
cövhərinin miqdarının artması ), oliquriya, anuriya, toksik nefropatiya, kəskin böyrək çatışmazlığı.
Digər: burun qanaxmaları, kandidoz, superinfeksiya.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomlar: başgicəllənməsi, parestenziyalar, başağrıları, qıcolma tutmaları, laborator analizlərin nəticələrində
normadan kənarçıxarmalar ensefalopatiya, koma.
Müalicə: simptomatik və köməkçi terapiya aparılmalıdır. Spesefik antidotu yoxdur. Ağır doza həddinin aşılmaları
zamanı konservativ terapiyanın effekti olmadıqda, preparatın qanda qatılığı hemodializ vasitəsi ilə azaldıla bilər.
Təsiredici maddə: 1 flakonda 500 mq seftazidim ( 682 mq seftazidim-pentahidrat duzu şəkilində ) və ya 1 q
seftazidim ( 1164 mq seftazidim-penhidrat duzu şəkilində ) vardır.
Köməkçi maddələr: susuz natrium-karbonat.
Həlledici: hər vir ampulda 5 ml və ya 10 ml inyeksiya üçün su vardır.
Rəylər (0)