İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- uşaqlıq yolunda quruluq
- uşaqlıq yolunda zəif qıcıqlanma
- aybaşı dövründən sonra möhtəviyyatın təmizlənməsi üçün
- cinsi aktdan sonra və ya kontraseptiv gel və ya kremin qalıqlarının təmizlənməsi üçün
- xoşagəlməz qoxu törədən ifrazatı xaric etmək üçün
- sadəcə təravət hiss etmək üçün
İSTİFADƏ QAYDASI:1-ci addım: Flakonu sol əlinizdə dik saxlayın, belə ki, qapağın çevrəsi baş və göstərici barmaqların arasında sıxılsın və digər əlinizlə qapağın başlığına basaraq sındırın, daha sonra qoruyucu qapağı xaric edin.
2-ci addım: Flakonun içində yerləşən vaginal ucluğu ehtiyatla bayıra doğru çəkin, flakonu yumşaq sıxaraq ucluq vasitəsilə mayenin təhlükəsiz axdığını yoxlayın.Əgər ucluqdan maye gəlmirsə o zaman onu geriyə itələyərək bir daha proseduru təkrarlamaq lazımdır.
3-cü addım: Rahat vəziyyət aldıqdan sonra ucluğu uşalıq yoluna yeridərək (təxminən 7.5 sm) flakonu yumşaq basaraq şırınqa ilə yumanı həyata keçirin.
Rəylər (0)