İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Etorisib böyüklər və 16 yaşından yuxarı yeniyetmələrdə osteoartritin, revmatoid artritin, antikolaşdırıcı spondilitin müalicəsi və eləcə də podaqra xəstəliyi zamanı iltihabi proseslərin simptomalrını aradan qaldırmaq üçün istifadə oluna bilər. Etorisib böyüklər və 16 yaşdan yuxarı yeniyetmələrdə ağrılı dental cərrahi patologiyaların qısamüddətli müalicəsi üçün istifadə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
Təsiredici maddəyə, yaxud hər hansı iqrediyentə qarşı yüksək həssaslıq. Aktiv peptik xora, yaxud aktiv qastrointestinal qanaxma. Ağır dərəcəli qaraciyər disfunksiyası.
Renal kreatin klinersi 30 ml/dəq olan xəstələr;
Uşaqlar və 16 yaşına qədər olan yeniyetmələr;
Bağırsaqların iltihabi xəstəlikləri;
Durğunluq-ürək çatışmazlığı;
Arterial qan təzyiqi;
Ürəyin işemik xəstəliyi, periferik arterial xəstəlik və yaxud serebrovaskulyar xəstəlik.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Osteoartrit: məsləhət görülən gündəlik doza birdəfəlik 30 mq-dır. Gündəlik doza 60 mq/gün həddini aşmamalıdır.
Revmatoid artrit: məsləhət görülən gündəlik doza gündə bir dəfə 60 mq-dır. Gündəlik doza 90 mq-dır həddini aşmamalıdır.
Kəskin podaqra artriti: gündəlik doza 120 mq-dır, həddini aşmamalıdır.
Yaşlılar: yaşlılarda dozanın tənzimlənməsi vacib deyil, yaşlılarda istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
Əməliyyatdan sonrakı dental ağrılar: gündəlik doza 90 mq-dır, maksimum 3 günlə məhdudlaşmalıdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
- infeksiyalar və invaziyalar;
- qan və limfa;
- immun sistemi pozğunluqları;
- psixi pozulmalar;
- sinir sistemi;
- göz patalogiyası;
- qulaq və labirint patologiyası;
- kardioloji patologiya;
- dəri və dərialtı patalogiyalar;
- sümük-əzələ toxuma patalogiyaları;
- böyrək və sidikçıxarıcı yolların patalogiyası.
DOZA HƏDDİNİN AŞILMASI:
Etorikoksibin doza həddinin kəskin aşılması haqda məlumatlar verilib, baxmayaraq ki, çox hallarda əlavə təsirlər haqda məlumat verilməyib.
SAXLANMA ŞƏRAİTİ:
250C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Rəylər (0)