İstifadəsinə göstərişlər:
Etoriaks osteortrit, revmatoid artrit, ankilozlaşdırıcı spondilit və podaqra xəstəliklərindən əziyyət çəkən 16 yaşdan yuxarı xəstələrdə əzələ və oynaqlarda ağrı və şişkinliyin azalmasına kömək edir.
Etoriaks həmçinin 16 və daha yuxarı yaşda olan xəstələrdə stomatoloji cərrahiyyədən sonra müşahidə edilən mülayim ağrıların qısamüddətli müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
Aşağıdakı hallarda Etoriaks qəbul etməyin:
əgər sizin etorikoksibə və ya bu dərman vasitəsinin hər hansı digər inqridiyentinə qarşı allergiyanız varsa
əgər sizin asetilsalisil turşusu və SOG-2 inhibitorları daxil olmaqla, qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı allergiyanız varsa
əgər siz mədə xorasından, yaxud dmədə və ya bağırsaqda qanaxmadan əziyyət çəkirsinizsə
əgər siz ağır qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə
əgər siz ağır böyrək xəstəliyindən əziyyət çəkirsinizsə
əgər siz hamiləlik və laktasiya dövründəsinizsə
əgər sizin yaşınız 16-dan azdırsa
əgər siz Kron xəstəliyi, xoralı kolit və ya kolit kimi bağırsaq xəstəliklərindən əziyyət çəkirsinizsə
əgər siz müalicə yolu ilə nəzarət edilməyən yüksək qan təzyiqindən əziyyət çəkirsinisə
əgər siz insultun hər hansı növünü keçirmisinizsə
İstifadə qaydası və dozası:
Preparatı hər zaman həkimin dediyi qaydada qəbul etmək lazımdır. Əmin olmadığınız hallarda həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Etoriaks peroral qəbul üçün nəzərdə tutulub. Tabletləri gündə bir dəfə qə
bul edin. Etoriaks qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər. Etoriaks-ın təsiri qida ilə qəbul edilmədikdə daha tez qeyd olunur.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply