İstifadəsinə göstərişlər:
Preparat osteoartritin revmatoid artritin, ankilozlaşan spondilitin simptomlarının və əlamətlərinin, kəskin podaqra artritinin, kəskin sklet-əzələ ağrısının əməliyyatdan sonrakı ağrının və dismenoreyanın müalicəsi üçün göstərişdir.
Əks göstərişlər:
- Etodolaka və ya dərmanın tərkibindəki maddələrə qarşı keçmişdə yüksək həssaslığı olan xəstələrə.
- Dərmanların çarpaz qarşılıqlı reaksiyaları səbəbindən, aspirinə və ya digər qeyri-steroid iltihab əleyhinə dərmanlara qarşı keçmişdə yüksək həssaslığı olan xəstələrə və ya ananezində kəskin astma, rinit, övrə olan xəstələrə;
- Ağır ürək çatışmazlığı olan xəstələrə, aorta-koronor çuntlamadan və ürəkdə aparılan cərrahi əməliyyatlarından əvvəl və sonra;
- Etodolak həmçinin aktiv peptik xorası və ya anemnezində residivləşən peptik xorası olan xəstələrə.
İstifadə qaydası və dozası:
Digər QSİƏP-lərdə olduğu kimi, xəstənin Etodolakla aparılan ilkin müalicəyə cavab reaksiyası müşahidə edildikdən sonra, dərmanın dozası və istifadə tezliyi həkimin tövsiyələrinə və xəstənin ehtiyaclarına uyğun olaraq tənzimlənməlidir.
Böyüklər üçün adi doza 400 mq-dır, iki dozaya bölünərək gündə iki dəfə və ya birdəfəlik gündəlik doza şəklində qəbul edilə bilər.
Doza həddinin aşılması;
QSİƏP-lərin doza həddinin kəskin aşılmasının simptomları, adətən yuxululuq, mürgüləmə, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrının olması. Bu əlamətlər bir qayda olaraq, dəstəkləyici müalicədən sonra keçib gedir.
Əlavə təsirləri:
Qan və limfa sistemində baş verən pozğunluqlar
Bəzən: ekximoz, anemiya, qanaxma müddətinin artması, hemolitik anemiya, leykopeniya, neytropeniya.
Bəzən: yuxusuzluq, yuxululuq, paresteziya, huşun dumanlanması.
Tez-tez: bulanlıq görmə.
Bəzən: karlıq.
Tez-tez: qaşınma səpgilər.
Rəylər (0)