İstifadəsinə göstərişlər:
-Böyük depresiv hallar;
-Aqorafobiyalı ve ya agarofobiyasız panik pozğunluqlar;
-Sosial fobiyalar;
-Generalizəolunmuş həyəcan pozğunluqları;
-Obsessiv-kompulsiv pozğunluqlar.
Əks göstərişlər:
Essitaloprama və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq olan xəstələr üçün əks göstərişdir.
İstifadə qaydası və dozası:
Gündə bir dəfə 10 mq olaraq qəbul edilir.Fərdi xəstə reaksiyasına müvafiq olaraq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər.Antidepressant təsirin meydana çıxması üçün ümumiyyətlə 2-4 həftə tələb olunur.Alınacaq cavabın sabitləşməsi üçün ən az 6 aylıq müalicə müddəti lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik;
Essitolapramın reproduktiv toksiklik tədqiqatları siçovullar üzərində aparılmış və bu zaman, formalaşmapozğunluğunun artması ilə müşahidə edilməyən embrio-fetotostik effekt müşahidə edilmişdir.Estoreks hamiləlik zamanı istifadə edilməməlidir.
Laktasiya;
Essitolapramın ana südünə keçdiyinə dair məlumat var.Laktasiya dovründə essitalopram tətbiq edilməməli və ya ana südün ilə qidalandirma dayandırlmalıdır.
Rəylər (0)