İstifadəsinəGöstərişlər:
- Böyük depressiv pozuntu
-Aqorafobiya/aqorafobiyasız panik pozuntu
- Sosial həyəcanlanmanəticəsində pozuntu (sosial fobiya)
- Generalizə olunmuşhəyəcan pozuntusu
- Obsessiv-kompulsiv pozuntu
Əks Göstərişlər
Essitalopram və preparatındigər komponentlərinə qarşı müəyyən olunmuş yüksək həssaslıq olarsa preparatəks göstərişdir. Monoaminoksidazanın ( MAO ) qeyri selektiv geri dönməyəningibitorları ilə birgə təyinatı əks göstərişdir.
İstifadə Qaydasi Və Dozalanma
ESTOLAM gündə bir dəfəqida qəbulundan asılı olmayaraq qəbul olunur. Dozanın 20 mq-dan artıq qəbulununtəhlükəsizliyi sübut edilməmişdir.
Böyük depressiv pozuntununmüalicəsi
ESTOLAM 10 mq dozadatəyin edilir. Xəstənin fərdi reaksiyasından asılı olaraq doza maksimal olaraq 20 mq /gündə olaraq artırıla bilər.
Antidepressiv effektinyaranması üçün 2-4 həftə lazımdır. Alınmış effektin saxlanması üçün müalicəniminimum 6 ay ərzində davam etdirmək lazımdır.
Aqorafobiya/aqorafobiyasızpanik pozuntu
Müalicənin birincihəftəsində doza 5 mq/gündə təyin edilir, sonra 10 mq/gündə olmaqla artırılır. Xəstənin fərdi reaksiyasından asılı olaraq doza maksimalolaraq 20 mq /gündə olaraq artırıla bilər. Maksimal effekt 3 aydan sonraalınır. Müalicə bir neçə ay davam edir.
Sosial həyəcan pozuntusu(sosial fobiya)
Adətən 10 mq gündə olmaqlatəyin edilir. Simptomların zəifləməsi 2-4 həftə sonra baş verir. Xəstənin fərdireaksiyasından asılı olaraq doza 5 mq/gündə olmaqla azala və ya maksimalolaraq 20 mq /gündə olaraq artırıla bilər.
Sosial həyəcan pozuntusuxroniki gedişli xəstəlik olduğundan, minimal məsləhət olunan müalicə kursu 12həftədir. Sonrakı 6 ay ərzində müalicənin davam etməsi xəstəliyin fərdiəlamətlərini nəzərə alaraq residivin qarşısını almaq məqsədi ilə təyin edilir,müalicənin effektivliyi mütəmadi qiymətləndirilir.
Sosial fobiya - dəqiqmüəyyən olunmuş diaqnostik termin olub, onu həddən artıq utancaqlıqlaqarışdırmaq olmaz. Dərman preparatları yalnız sosial həyəcanlı pozulma şəxsinprofesional və ümumi fəaliyyətinə təsir edərsə təyin edilir. Davranışın müalicəsibaxımından müalicənin effektivliyi tədqiq olunmamışdır.
Medikamentoz müalicə - tammüalicə strategiyasının bir hissəsidir.
Generalizə olunmuş həyəcanpozuntusu
Başlanğıc doza gündə 10mq-dır. Xəstənin fərdi reaksiyasından asılı olaraq doza maksimal olaraq20 mq /gündə olaraq artırıla bilər.
Davamlı olaraq müalicənindoza və effektivliyi qiymətləndirilir.
Obsessiv-kompulsiv pozuntu(OKP)
Başlanğıc doza gündə 10mq-dır. Xəstənin fərdi reaksiyasından asılı olaraq doza maksimalolaraq 20 mq /gündə olaraq artırıla bilər.
OKP – xroniki xəstəlik olub,xəstələr simptomların aradan götürülməsi üçün lazımi müddətdə müalicəolunmalıdır. Bu müddət bir neçə ay və daha artıq ola bilər.
Davamlı olaraq müalicənindoza və effektivliyi qiymətləndirilməlidir.
Yaşlı xəstələr (65 yaşdanartıq)
Dozanın yarısını vədaha aşağı maksimal dozanı təyin etmək məsləhət görülür. ESTOLAM preparatının effektivliyi sosial fobiyası olan yaşlı xəstələr üzərindəöyrənilməmişdir.
Uşaqlar və yeniyetmələr (18yaşdan kiçik)
ESTOLAM preparatı uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadəolunmamalıdır.
Böyrəklərin funksiyasıazalmış xəstələr
Yüngül və zəif böyrəkçatmazlığında dozanın korreksiyasına ehtiyac olmur. Böyrək çatmazlığınəzərəçarpan xəstələrdə (CLcr 30 ml/dəq az) ehtiyatla təyinolunmalıdır. (“FARMAKOKİNETİKA” bölməsinə bax).
Qaraciyərin funksiyasıazalmış xəstələr
Yüngül və zəifqaraciyər çatmazlığında məsləhət olunan başlanğıc doza birinci ikihəftə ərzində 5 mq/gündə olmalıdır. Xəstənin fərdi reaksiyasından asılıolaraq doza maksimal olaraq 10 mq /gündə olaraq artırıla bilər. Qaraciyərçatmazlığı nəzərəçarpan xəstələrdə dozanın titrlənməsi zamanı xüsusi ehtiyat vəyüksək diqqət tələb olunur.
CYP2C19 aktivliyininazalması
CYP2C19 izofermentinin aktivliyi azalmış xəstələrdə məsləhət olunan başlanğıc doza birinci iki həftəərzində 5 mq/gündə olmalıdır. Xəstənin fərdi reaksiyasından asılı olaraq dozamaksimal olaraq 10 mq /gündə olaraq artırıla bilər.
Preparatın kəsilməsi
ESTOLAM preparatınınqəbulunu dayandırmazdan öncə kəsilmə sindromunun qarşısını almaq üçün son1-2 həftə ərzində doza tədricən azlmalıdır.
Xüsusi örtüyə malik hər bir tablet təşkil olunmuşdur aktiv maddə kimi 20 mq essitaloprama ekvivalnet olaraq essitalopram oksalat, rəngverici olaraq titan dioksid və sarı dəmir oksidi.
Rəylər (0)