İstifadəsinə göstərişlər:
Sol mədəciyin disfunksiyası ilə stabil klinik vəziyyətdə olan və yaxınlarda keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığının klinik təzahürləri olan pasiyentlərdə ölüm riskini və ürək-damar xəstəlikləri riskini azaltmaq məqsədi ilə beta-adrenoblokatorların tətbiqi ilə aparılan standart müalicəyə əlavə kimi.
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Espiro preparatını həkimin tövsiyələrinə uyğun olaraq qəbul etmək lazımdır.
Dozası:
Dozanın fərdi olaraq seçilməsi üçün tərkibində 25 mq və 50 mq aktiv maddə olan dərman formaları mövcuddur. Maksimal doza gündə 1 dəfə 50 mq təşkil edir.
Doza həddinin aşılması:
İnsanda preparatın doza həddinin aşılmasından sonra arzuolunmaz halları təsvir edilməyib.
Əlavə təsirləri:
Hər bir preparat kimi, Espiro da əlavə təsirlərə malikdir, lakin onlar hər pasiyentdə meydana çıxmır.
Rəylər (0)