ƏKS GÖSTƏRİŞLƏR:
- əsas təsiredici maddələr izokonazol nitrata, diflukortolon valeata və ya bu dərmanın tərkibinə daxil olan hər hansı köməkçi maddəyə qarşı allergiya vardırs;
- vərəm və ya siflis; virus infeksiyaları, üz dərisinin xronik iltihabi dəri xəstəliyi, ağız ətradındakı dərinin iltihabı və ya müalicə olunacaq nahiyənin dərisində peyvəndən sonrakı dəri reaksiyası vardırsa.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
ESPADRİL PLUS kremi xaricə, dərinin zədələnmiş nahiyələrinə çəkilərək istifadə edilir. ESPADRİL PLUS kremi dərinin lazım olan nahiyələrinə nazik təbəqə şəklində, səhər və axşam olmaqla gündə 2 dəfə, yüngül şəkildə sürtülür. Müalicənin maksimum müddəti 2 həftədir.
ƏLAVƏ TƏSİRLƏRİ:
- qan damarlarının genişlənməsi;
- dəridə çatlar;
- sivilcəyə bənzər deyişikliklər və kortikosteroidlərin resorbsiyası ilə əlaqədar olan sistem dəyişiklikləri;
- allergik kontakt dermatit;
- dəridə qıcıqlanma, səpgi, quruluq;
DOZA HƏDDİNİN AŞILMASI:
Birdəgəlik yüksək doza və ya təsadüfən udulma zamanı hər hansı bir riskin olması məlum deyil.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən aşağı otaq temperaturunda, uşaqların əli çatmayan yerdə, öz qablaşmasında saxlamaq lazımdır.
İSTEHSALÇI:
Türkiye.
Rəylər (0)