İstifadəsinə göstərişlər:
Espadril 1%-li kremi dərinin göbələk xəstəliklərinin müalicəsində xaricə istifadə edilən dərman vasitəsidir.
Espadril 1%-li kremi göbələklərə, maya göbələklərinə, maya göbələklərinə bənzər göbələklərə və kif göbələklərinə, habelə xüsusən, qasıq nahiyəsində, ayaq barmaqları arasında, qoltuq altlarında və süd vəzilərinin altında qırmızı - qəhvəyi rəngdə incə qabıqlanan ləkələrlə özünü büruzə verən infeksion dəri xəstəliyinin törədicilərinə qarşı, əlvan dəmrova qarşı effektivdir.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Espadril 1%-li kremi xaricə, gündə 1 dəfə olmaqla, dərinin zədələnmiş nahiyələrinə nazik qat şəklində çəkilərək, yüngül sürtmə hərəkətləri vasitəsilə dəriyə yeridilərək istifadə edilir.
Müalicənin davam etmə müddəti 2-3 həftədir.
Müalicəyə çətin tabe olan infeksiyalarda 4 həftədir.
Rəylər (0)