İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Allergik rinitin, dərinin allergik reaksiyalarının simptomatik müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
ESLORAT NORMON PREPARATININ AŞAĞIDAKI HALLARDA QƏBUL ETMƏYİN:
Desloratadinə, Loratadinə, yaxud Eslorat NORMON preparatının hər hansı bir inqrediyentinə qarşı yüksək
həssaslıq. 12 yaşa qədər uşaqlar ( Eslorat NORMON 12 yaşdan yuxarı uşaq və yeniyetmələrdə və böyüklərdə
istifadə olunur ).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Bu preparat həmişə həkiminiz dediyi kimi qəbul edin. Əgər sizdə əminlik yoxdursa, həkiminizdən və ya
əczaçıdan soruşun.
Preparatı ölçü vasitəsindən istifadə etməklə qəbul edin. Hər dozadan sonra ölçü vasitəsini yuyun.
1-5 yaşlı uşaqlar: 2,5 ml oral məhlulu gündə bir dəfə qəbul eməli;
6-11 yaşlı uşaqlar: 5 ml oral məhlulu gündəbir dəfə qəbul etməli;
Böyüklər və yeniyetmələr ( 12 yaş və yuxarı ): 10 ml oral məhlulu gündə bir dəfə qəbul etməli;
Sizin əziyyət çəkdiyiniz allergik rinitin tipini müəyyənləşdirməklə, həkiminiz Eslorat NORMON preparatı ilə
müalicə müddətini təyin edəcək. Əgər sizdə allergik rinit fasilələrlə davam edirsə ( simptomları həftədə azı 4
dəfə, yaxud 4 həftədə bir dəfə baş verirsə ), həkiminiz xəstəliyin gedişinə müvafiq müalicə rejimi təyin edəcək.
Əgər sizdə allergik rinit uzun müddət davam etdirilməsini məsləhət görəcək.
Köpüşüklər olan halda müalicə müddəti xəstələrdə fərdi olduğundan həkimin təlimatlarına əməl edin.
ƏGƏR SİZ ESLORAT NORMON PREPARATINI QƏBUL ETMƏYİ DAYANDIRIRSINIZSA:
Əgər siz bu preparatla əlaqəli hər hansı bir sualınız varsa həkiminizdən, yaxud əczaçıdan soruşun.
DOZA HƏDDİNİN AŞILMASI:
Həmişə Eslorat NORMON preparatını həkiminiz məsləhət gördüyü kimi qəbul edin. Doza həddinin təsadüfi
aşılması zamanı ciddi problemlər gözlənilmir. Doza həddinin aşılması halında dərhal həkiminizlə və ya əczaçı ilə
əlaqə saxlayın.
MÜMKÜN ƏLAVƏ TƏSİRLƏR:
Bütün digər dərman preparatları ilə baş verə bildiyi kimi, Eslorat NORMON preparatını istifadəsi zamanı əlavə
təsirlər baş verə bilər, baxmayaraq ki, bunlara hər bir adamda rast gəlinməyə bilər.
Böyüklərdə Eslorat NORMON preparatının əlavə təsirləri plasebo ilə aparılan əlavə təsirlərlə eyni olmuşdur.
Amma ən çox rast gələn əlavə təsirlərin yorğunluq, ağızda quruluq və başağrısı olması haqda məlumatlar
vardır ki, bu da plasebodan fərqlidir. Yeniyetmələrdə əlavə təsir kimi başağrısının ən çox baş verməsi haqda
məlumatlar vardır.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq Desloratadin vardır.
Köməkçi maddələr: natrium-benzoat, natrium saxarin, sorbitol, propilenqlikol, limon turşusu anhidrat,
hidroksietilsellüloza, portağal tamı, distillə olunmuş su.
Rəylər (0)