İstifadəsinə göstərişlər:
Xronik venoz çatışmazlığı və onun ağırlaşmaları, o cümlədən, qan təchizatının funksional pozulması.
Əks göstərişlər:
Dərman vasitəsinin istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Daxilə, yeməkdən əvvəl, 12-15 damcı az miqdarda maye ilə, gündə 3 dəfə daxilə qəbul edilir. İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır.
Qaraciyər və böyrək funksiyası pozulmuş pasiyentlərdə istifadəsin
Böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir.
Doza həddinin aşılması:
At şabaldının tərkibinə daxil olan saponinlər, doza həddinin aşılması zamanı ürəkbulanma hissiyatı kimi məlum əlavə təsirin güclənməsinə səbəb ola bilər, eləcə də, qusma və ishal yarada bilər. Bu simptomların aradan qaldırılması məqsədilə həkimə müraciət etmək lazımdır.
Əlavə təsirlər:
Mümkün əlavə təsirlərə mədə-bağırsaq pozulmaları, ürəkbulanma, başağrısı, başgicəllənmə, qaşınma və allergik reaksiyalar aiddir.
Rəylər (0)