İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Esfolip qaraciyərin müxtəlif alimentar-toksik zədələnmələri olan xəstələrdə iştahanın itməsi və ya sağ qabırğaaltı nahiyədə ağrı hissinin azaltması üçün istifadə olunur.Aşağıdakı xəstəliklər zamanı təyin olunur :
- Kəskin və xroniki hepatitlər ;
- Sirrozlar ;
- Qaraciyərin toksik zədələnməsi, qaraciyərin alkoqol xəstəliyi, qaraciyərin dərmanla zədələnmələri daxil olmaqla ;
- Xolestaz .
ƏKS GÖSTƏRİŞLƏR :
Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq . Dərman maddəsi yenidoğulmuş və vaxtındanəvvəl doğulmuş uşaqların müalicəsində istifadə oluna bilməz. Kifayət qədər klinik məlumatlar olmadığından, 12 yaşa qədər uşaqların müalicəsində dərman maddəsindən istifadə tövsiyə olunmur.
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ :
Yalnız şəffaf məhluldan istifadə edin! Yavaş-yavaş yeridin. Dərman maddəsinin tərkibində benzil spirti vardır, buna görə də, 12 yaşa qədər uşaqların müalicəsində ondan istifadə tövsiyə olunmur. Hamilələrin müalicəsi zamanı ehtiyatla istifadə etmək lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
12 yaşdan böyük uşaqlar və böyüklərə 1-2 ampulun möhtəviyyatını , ağır hallarda isə gündə 2-4 ampulun möhtəviyyatını yavaş-yavaş yeritmək lazımdır. İki ampulun möhtəviyyatını eyni zamanda yeridilə bilər. Digər dərman maddələri ilə bir şprisdə qarışdırmaq olmaz . Dərman maddəsinin həll olunması lazım olduğu hallarda infuziya üçün 5%-li və ya 10%-li dekstroza məhlulundan istifadə olunur, həll olunmuş dərman maddəsi məhlulu isə orqanizmə yeridildiyi müddət ərzində şəffaf olmalıdır. Esfolip dərman maddəsini elektrolit məhlulları ilə həll etmək olmaz.
Rəylər (0)