İstifadəsinə göstərişlər:
Eribenz gelin tərkibində 5% Benzoil peroksid və 3% Eritromisin vardır.
Eribenz sızanaqların müalicəsində istifadə olunan preparatdır.
Əks göstərişlər:
Əgər sizdə benzoil peroksidə, eritromisinə yaxud preparatın tərkibindəki hər hansı bir inqrediyentə qarşı hiperhəssaslığınız varsa, bu halda Eribenzi istifadə etməyin.
İstifadə qaydası və dozası:
Eribenzi istifadə etməzdən əvvəl hər iki tubiki, qutuya qoyulmuş xüsusi qabın içərisində qarışdırın. Xüsusi qaşıqla homogen gel alınana kimi qarışdırın. Qarışdırdıqdan sonra istifadəyə hazırdır.
Hazırlanmış gel sutkada iki dəfə, səhər və axşam, zədələnmiş sahə üzərinə yaxud həkimin təyinatı ilə istifadə olunur.
Doza həddinin aşılması:
Eribenz yerli istifadə olunduğu üçün artiq dozalanma halları qeyd olunmamışdır.
Əlavə təsirləri:
Dərinin quruması, övrə, sifətin ödemi, eritema, kontakt termatit, işiğa qarşı həssaslıq, dərinin qabıqlanması, yağlanması və qıcıqlanması, yanğı hissi, qaşınma, sifətin, gözlərin, burunun iltihabı.
Rəylər (0)