İstifadəsinə göstərişlər:
Uşaqlarda və böyüklərdə kəskin infeksion diareya.
Kəskin və xroniki enterit və enterokolit.
Antibiotiklərdən asılı diareyanın müalicəsi və profilaktikası.
Clostridium difficile-nin törətdiyi xəstəliklərin residivləşməsinin qarşısını almaq məqsədi ilə vankomisin/metronidazol müalicəsinə əlavə olaraq.
Bağırsağın disbakteriozu.
Qıcıqlanmış bağırsaq sindromu.
Uzunmüddətli enteral qidalanma nəticəsində yaranan diareya.
Əks göstərişləri:
- Saccharomyces boulardii CNCM l-745 maya göbələyinə və ya preparatın hər hansı inqredientinə qarşı allergiya .
- Əgər sizdə mərkəzi venoz kateter varsa.
- İmmun sistemi zəifləmiş və ya xəstəxanaya yerləşdirilən xəstələr
- Enterol 250 kapsulunun tərkibində laktoza vardır. Bu dərman anadangəlmə qalaktozemiya, qlükoza, və qalaktoza malabsorbsiya sindromu, laktaza çatışmazlığından əziyyət çəkən xəstələrə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Daxilə qəbul olunur.
Yeni doğulmuşlarda: nəzarət altında gün ərzində 1 paketdən çox olmamaq şərtilə, həkimin təlimatlarına ciddi şəkildə riayət etməklə qəbul olunmalıdır.
6 yaşından kiçik uşaqlar: gündə 1-2 dəfə 1 paket.
Böyüklər və 6 yaşdan böyük uşaqlar: gündə 2 dəfə 1 - 2 paket.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə dərmanın istifadəsinə dair kifayət qədər məlumat olmadığından, istifadəsi məsləhət deyil.
Rəylər (0)