İstifadəsinə göstərişlər:
Bağırsaq disbakteriozunun və sonrakı endogen disvitaminozun müalicə və profilaktikası.
Antibiotiklə və ya kimyəvi vasitələr ilə müalicə nəticəsində dəyişikliklərə uğrayan bağırsaq mikrolorasının bərpasına dair aparılan müalicə.
Körpələrdə və kiçik yaşlı uşaqlarda intoksikasiya və ya bağırsaq disbakteriozuna və disvitaminoza xas olan kəskin və xroniki mədə-bağırsaq pozulmaları.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın hər hansı digər tərkib hissəsinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
İnyeksiya şəklində istifadə edilməməlidir!
Preparat içilməlidir!
Böyüklər
Həkim tərəfindən digər dozalama təyin olunmadığı halda gündə 2-3 dəfə flakon.
Preparatın birdəfəlik dozasının qəbulları arasında 3-4 saat-lıq fasilə olmalıdır.
Körpələr və uşaqlar üçün
Həkim tərəfindən digər dozalama təyin olunmadığı halda gündə 1-2 flakon.
Doza həddinin aşılması:
Bu vaxta qədər doza həddi aşılmasının klinik əlamətləri qeydə alınmayıb.
Əlavə təsirləri:
Səpgi və övrə kimi allergik reaksiyalar.
Dəri və dərialtı piy təbəqəsinin xəstəlikləri: angionevrotik ödem.
Rəylər (0)