İstifadəsinə göstərişlər:
Kəskin bakterial diareya ( ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya əlamətləri olmayan vəziyyətlərdə).
Əks göstərişlər:
- nitrofuran törəmələrinə və ya dərmanın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq
- fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltaza çatışmazlığı
- 1 aylığa qədər yenidoğulmuşlar, yarımçıq doğulmuşlar
İstifadə qaydası və dozası:Dozalanma üçün 2.5 ml bölgüsü işarə olunmuş 5.0 ml-lik ölçü qaşığından istifadə olunur.
1-6 aylıq körpələr: gündə 2-3 dəfə 8-12 saatlıq fasilə ilə 100 mq nifuroksazid (2.5ml suspenziya).Ümumi sutkalıq doza 200-300 mq nifuroksazid təşkil edir.
6 aylıq-3 yaş arası uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 100 mq nifuroksazid.Ümumi sutkalıq doza 300 mq nifuroksazid təşkil edir.
3-6 yaşlı uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 200 mq nifuroksazid.Ümumi sutkalıq doza 600 mq nifuroksazid təşkil edir.
6-18 yaşlı uşaqlar: gündə 3-4 dəfə 6-8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5.0 ml suspenziya).Ümumi sutkalıq doza 600-800 mq nifuroksazid təşkil edir.
Böyüklər gündə 4 dəfə 6 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5.0 ml suspenziya).Ümumi sutkalıq doza 800 mq nifuroksazid təşkil edir.
Müalicə müddəti 5-7 gündür, 7 gündən artıq davam etməməlidir.Əgər müalicənin ilk 3 günü ərzində yaxşılaşma müşahidə olunmazsa, həkiminiz ilə məsləhətləşin.
Rəylər (0)