İstifadəsinə göstərişlər:
Bakterial dəri infeksialarının, o cümlədən impetiqo, follikulit və furunkulyozun müalicəsi.
Əks göstərişlər:
Anamnezdə mupirosinə və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Məlhəmi az miqdarda dərinin zədələnmiş nahiyənin üzərinə, xəstənin klinik vəziyyətindən asılı olaraq gündə 2-3 dəfə 10 günə qədər çəkilir.
Doza həddinin aşılması:
Simptomları
Mupirosinin doza həddinin aşılması haqqında məlumat məhduddur.
Müalicəsi
Spesifik müalicə yoxdur. Doza həddinin aşılması zamanı dəstəkləyici müalicə aparılır və ehtiyac olduqda xəstə müvafiq nəzarət altında saxlanmalıdır.
Əlavə təsirləri:
Çox nadir: sistem allergik reaksiyalar.
Dəri və dərialtı piy toxumasına
Tez-tez: tətbiq olunan yerdə - yanma hissi;
Bəzən: qaşınma, eritema, tətbiq olunan yerdə - sancma hissi və quruluq, mupirosinə və məlhəmin əsasına dəri allergik reaksiyalar.
Rəylər (0)