İstifadəsinə göstərişlər:
empalin empaqliflozin və linaqliptinin sabit dozalı kombinasiyası, 18 yaşdan yuxarı böyüklərdə tip 2 şəkərli diabetin müalicəsi üçün göstərilir:
-metformin və ya sulfonilur və Empalin monokomponentlərindən biri adekvat qlikemik nəzarəti yaxşılaşdırmaq üçün;
-artıq empaqliflozin və linaliptinin sərbəst kombinsasiyası ilə müalicə edildikdə
Əks göstərişlər:
Təsiredici maddələrə, hər hansı digər natrium-qlükoza-ko-transporter-2 inhibitorlarına, hər hansı digər dipeptidil-peptidaza-4 inhibitorlarına və ya köməkçi maddələrdən hər hansı birinə qarçı yüksək həssaslıq.
1 tip şəkərli diabet.
diabetik ketoasidoz.
Son mərhələ böyrək xəstəliyi.
Dializ xəstələri.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan başlanğıc doza gündə bir dəfə Empalin 10 mq/5 mq bir örtüklü tablet təşkil edir. Bu başlanğıc dozaya dözümlü olan və əlavə qlikemik nəzarət tələb edən pasiyntlərdə doza gündə 1 dəfə Empalin 25 mq/5 mq bir örtüklü tabletə qədər artırıla bilər.
Empalin metforminlə birlikdə istifadə edildikdə, metforminin dozası davam etdirilməlidir.
Empalin sulfonilur törəmələri və ya insulinlə birlikdə istifadə edildikdə, hipoqlikemiya riskini azaltmaq üçün sulfonilr və ya insulinin daha aşağı dozası nəzərdə tutula bilər.
Empalin tabletləri oral istifadə üçün nəzərdə tutulmuşdur və günün istənilən vaxtında müntəzam olaraq yeməklə və ya yeməksiz qəbul edilə bilər.
Tabletlər bütövlükdə su ilə udulmalıdır.
Rəylər (0)